
Oğuz rayonunun Qarabulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi məlum olub:
“Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb”.
Tətbiqimizi yükləyə bilərsiniz