
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Kontur Arxitektura Layihə-Sənaye” QSC (VÖEN 2000259731) olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti “Ağdam rayonunun Xıdırlı kənd qəbiristanlığında tikinti – quraşdırma işləri”nin satın alınmasına görə QSC-yə 620 min 703 manat 88 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 322 min manat nizamnamə kapitalı olan “Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin qanuni təmsilçisi Sadıqov Rauf Sahib oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz