İran ABŞ-nin yeni atəşkəs təklifini rədd edib – NYT


Tehran cümə axşamı günü İraqın Baş naziri Əli əl-Zeydi tərəfindən irəli sürülən Vaşinqtonun atəşkəs təklifini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, İran rəsmiləri Tehranın Hörmüz boğazı üzərində nəzarət məsələsi həll olunmamış müvəqqəti razılaşmada maraqlı olmadığını bildiriblər.
Qəzet Amerika təklifinin şərtlərini təqdim etməyib.
Qeyd edək ki, ötən həftənin sonunda İraq Baş naziri ABŞ-yə rəsmi səfərini başa vurub və səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb. Cümə axşamı günü Əli əl-Zeydi İran Prezidenti Məsud Pezeşkyanın dəvəti ilə Tehrana gedib.

DİGƏR XƏBƏRLƏR

Top