
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Payde” (Estoniya) - “Zirə” oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, Pyarnu şəhərindəki “Rannastaadion”da keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb, 1:0.
Oyunda yeganə qolu Pa Abdu Çam (89) vurub.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz