
“Milan” 40 yaşlı yarımmüdafiəçi Luka Modriçlə müqaviləni uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat paylaşılıb.
Bildirilib ki, müqavilə 30 iyun 2027-ci ilə qədər bir mövsümlük uzadılır:
“Luka gələndən bəri “Rossoneri” yarımmüdafiəsində əsas fiqur olub. O, həm meydanda, həm də meydandan kənarda komandaya təcrübə və bacarıq qazandırıb, eyni zamanda təvazökarlıq və böyük ehtiras nümayiş etdirib. Dünya futbolunun ən yaxşı və ən ikonik oyunçularından biri olan xorvatiyalı, keçən mövsüm 37 oyun keçirdiyi və iki qol vurduğu “Rossoneri” forması ilə yeni, vacib zirvələrə çatmaq ambisiyası ilə səyahətinə davam edəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz