
Bir həftə əvvəl vəzifəsindən azad edilən Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov heç bir yeni vəzifəni qəbul etməyəcəyini bildirib.
Yeniavaz.com “Suspilne”yə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Digər vəzifələrin heç birinin satınalmalarda korrupsiya ilə mübarizə aparmaq, ordunun davam edən transformasiyasını başa çatdırmaq, düşmənə qarşı asimmetrik hərəkətlər və əməliyyatlar planlaşdırmaq və həyata keçirmək, sistem daxilində yalan və məsuliyyətsizlik mədəniyyətini aradan qaldırmaq və komandamızın Müdafiə Nazirliyində artıq başladığı digər işləri tamamlamaq üçün real səlahiyyəti yoxdur”, - Fedorov deyib.
Keçmiş nazirin sözlərinə görə, onun komandası Müdafiə Nazirliyinə Zelenskinin dəvəti ilə müharibəyə son qoymaq üçün konkret planla gəlib və bu plan ardıcıllıqla həyata keçirilib, Ukrayna son illərdə ilk dəfə təşəbbüsü ələ keçirməyə başlayıb.
Fedorovun açıqlamasından qısa müddət əvvəl ölkə başçısı Volodimir Zelenski ona Hərbi İnnovasiya üzrə Baş nazirin müavini vəzifəsini təklif edib.
Qeyd edək ki, Fedorov 2026-cı ilin yanvar-iyul aylarında Müdafiə naziri vəzifəsində çalışıb. Zelenski onu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini tutan Aleksandr Sırski ilə münaqişəyə görə işdən çıxarıb. Fedorovun istefasından sonra Ukraynada etirazlar başlayıb, nümayişçilər Fedorovun vəzifəyə bərpa olunmasını və Sırskinin işdən çıxarılmasını tələb etdilər. Zelenski tezliklə Sırskini də işdən çıxarıb.
Tətbiqimizi yükləyə bilərsiniz