
2026-cı ilin birinci yarısında qlobal ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında öz əksini tapıb.
“2026-cı ilin birinci yarısında qlobal ticarət dövriyyəsi təxminən 13,7 trilyon dollara çatıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur. Xidmət ticarətinin həcmində isə 10,5% artım olub”, - UNCTAD bildirib.
Təşkilat qeyd edib ki, bu artımın əhəmiyyətli bir hissəsi ticarət həcmlərinin artmasından daha çox qiymətlərin artması ilə bağlıdır.
UNCTAD həmçinin qeyd edib ki, Hörmüz boğazından keçən gəmiçilikdə fasilələr və enerji təchizatı ilə bağlı problemlər enerji, nəqliyyat, logistika və istehsal xərclərinin artmasına səbəb və bu da qlobal ticarətin xərclərinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz