Rusiyanın ən yeni qırıcısı Moskva yaxınlığında qəzaya uğrayıb


Rusiyanın “Su-57” qırıcı təyyarəsi Moskva vilayətinin Zveniqorod şəhəri yaxınlığındakı Luzino kəndində qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mash" qəzeti məlumat yayıb.
Bildirilib ki, pilot katapult etməyi bacarıb və təyyarə tarlaya düşüb. Qeyd olunur ki, bu, təlim uçuşu olub.
“Odintsovo” informasiya mərkəzinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində heç kim xəsarət almayıb.
Qəzanın səbəbləri araşdırılır.
Təcili yardım xidmətlərinin məlumatına görə, yerli sakinlər üçün təhlükə yaranmayıb.

Qeyd edək ki, “Su-57”, Rusiyanın ən yeni çoxməqsədli qırıcısıdır və 2020-ci ilin sonlarında Rusiya Aerokosmik Qüvvələrinin inventarına qəbul edilib. 2023-cü ilin sonuna qədər 22 belə təyyarə istehsal olunub. Birləşmiş Aviasiya Korporasiyasının (“Rostek”in bir hissəsi) baş direktoru Vadim Badeka, Ukraynaya qarşı müharibəyə istinad edərək, “Su-57”nin real döyüş əməliyyatlarında iştirak edən yeganə beşinci nəsil təyyarə olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top