Türkiyədə məşhur rejissor və qardaşı saxlanıldı


Türkiyədə rejissor Ezel Akay və onun musiqiçi qardaşı Eren Kazım Akay Bursanın İnegöl rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Yeniavaz.com
“Birgün”ə istinadla xəbər verir ki, onlar narkotik tərkibli bitkilərin yetişdirilməsi və istifadəsində ittiham olunurlar.
Belə ki, əməliyyat zamanı Ezel Akayın yaşadığı evdə külli miqdarda “kubar”növlü çətənə bitkiləri aşkar edilib.
Polis əməkdaşlarının apardığı əməliyyat axtarış nəticəsində xüsusi qurğu vasitəsilə yetişdirildiyi ehtimal olunan çətənə bitkiləri ekspertizaya təhvil verilib.
Əməliyyatdan sonra Ezel Akay və qardaşı ifadələrinin alınması üçün polis bölməsinə aparılıblar.
Bununla yanaşı, onların narkotik vasitələrdən istifadə edib-etmədiklərini öyrənmək məqsədilə qan və saç nümunələri İnegöl Dövlət Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma davam edir.

DİGƏR XƏBƏRLƏR

Top