Dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam edir – Video


15 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top