Zelenski ABŞ-yə gedir


Ukrayna Prezidenti Volodimir Zelenski bir həftə ərzində ABŞ-a səfər edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə TSN telekanalına müsahibəsində qeyd edib.
O, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşəcəyini istisna etməyib.
“Çox güman ki, ABŞ-də görüşümüz olacaq. Bizi dəvət etmişdilər, düşünürəm ki, görüş yaxın bir neçə gün və ya bir həftə ərzində baş tutacaq”, - deyə o bildirib.
Zelenski həmçinin səfər zamanı “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlər istehsal edən “Lockheed Martin” şirkətinin nümayəndələri ilə də görüşməyi planlaşdırdığını qeyd edib.
Digər tərəfdən, Ukraynanın “Obşçestvennoye” nəşri, diplomatik mənbələrə istinadla, Zelenskinin senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək və ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə səfər etməyi düşündüyünü bidirib.
Nəşr yazır ki, Zelenskinin Trampla görüşü Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün davam edən sülh danışıqlarının bir hissəsi kimi baş tuta bilər.

DİGƏR XƏBƏRLƏR

Top