MDU 5 il müddətinə akkreditasiya olundu


Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən 5 il müddətinə akkreditasiya olunub.
Bu qərar universitetdə tədrisin keyfiyyətinin, idarəetmə sisteminin və təhsil standartlarının müəyyən edilmiş tələblərə uyğun qiymətləndirildiyini təsdiq edir. Akkreditasiya MDU-nun təhsil sahəsində fəaliyyətinin davamlı inkişafına və gələcək uğurlarına mühüm töhfə verəcək.
Bu münasibətlə Mingəçevir Dövlət Universitetinin rəhbərliyini, professor-müəllim heyətini, tələbələrini və məzunlarını təbrik edir, universitetə gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

DİGƏR XƏBƏRLƏR

Top