
Avropa İttifaqı (Aİ) ölkələri Rusiya əleyhinə 21-ci sanksiy paketi barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər naziri Helen Makİnti “X“ sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, qərar sanksiyalarla bağlı bir neçə həftəlik danışıqlardan sonra Aİ-yə üzv dövlətlərinin daimi nümayəndələrinin görüşündə qəbul edilib.
“21-ci sanksiya paketi ilə bağlı razılığa gəldiyimizə şadıq. Avropa Ukraynanı dəstəkləyir", - deyə o, qeyd edib.
Makİntinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar onun gəlir mənbələrinin qarşısını alrmağa, kölgə donanması ilə mübarizə aparmağa və Rusiyanın təchizat zəncirlərini qırmağa yönəlib.
Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen “X” sosial şəbəkə səhifəsində bu sanksiya paketini alqışlayıb və Makİntiyə köməyinə görə təşəkkür edib.
O, əlavə edib ki, sanksiya siyahısına daha 32 Rusiya bankı əlavə edilib və bu banklara əməliyyatlar aparmaq qadağan edilib. Bir sıra kriptovalyuta şirkətləri və neft ticarət platformaları da sanksiya siyahısına əlavə edilib.
Fon der Lyayen tərəflərin Rusiya Silahlı Qüvvələri heyətinin Aİ-yə girişinə qadağa qoymaq istiqamətində mühüm addım atmağa nail olduqlarını da qeyd edib. Ancaq AK Prezidenti bu barədə əlavə məlumat verməyib.
Digər tərəfdən, Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısına ümumilikdə, 218 maddə əlavə edib. Bu isə son dörd ildə Rusiyaya qarşı tətbiq edilən ən böyük sanksiya siyahııdır. O, həmçinin, siyahıya 50-dən çox müdafiə sənayesi müəssisəsinin əlavə edildiyini bildirib.
Paket hazırda Aİ Şurası tərəfindən yekun təsdiqini gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz