Naxçıvan Televiziyasında rəhbər dəyişdi


Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə Xaliq Yunis oğlu Babayev “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, digər bir sərəncamla isə Vüsal Hicran oğlu Muradov QSC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Həmçinin, İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Vüsal Muradova həvalə olunub.
Bəxtiyar Məmmədovun imzaladığı növbəti sərəncama əsasən, Novruzova İlhamə Tofiq qızı isə QSC-nin sədr müavini vəzifəsindən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top