Ərdoğan prezidentin adını deməkdə çətinlik çəkdi: "İnşallah, səhv demədim"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Madaqaskarda həmkarı Eri Radzaunarimampianinanın adını deyərkən çətinlik çəkib. "Yeniavaz.com"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şərqi Afikra ölkələrinə səfəri çərçivəsində Madaqaskarda həmkarı ilə mətbuat konfransı keçirib. R. T. Ərdoğan "şəxsimə və heyətimə göstərilən diqqətə görə möhtərəm prezident Eri Radzaunarimampianinaya səmimi qəlbdən təşəkkür edirəm" söyləyərək sözlərinə "İnşallah səhv deməmişəm" deməklə davam edib. Onun bu sözləri mətbuat konfransı iştirakçılarının gülüşünə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top