Süni intellekt haker hücumu həyata keçirdi


ChatGPT çatbotunun yaradıcısı “OpenAI” ən son süni intellekt (Sİ) modelləri ilə işləyən bir proqramın təhlükəsizlik testi zamanı səhvə yol verdiyini və başqa bir startapın sisteminə kiberhücum həyata keçirdiyini etiraf edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OpenAI”a istinadla BBC telekanalı məlumat yayıb.
“OpenAI”ın məlumatına görə, onun agenti keçən həftə test zamanı təhlükəsizlik divarını aşmağı bacarıb. Daha sonra o, dünyanın ən böyük startaplarından biri olan “Hugging Face”i haker hücumuna məruz qoyub və şirkətin daxili sistemlərinə sızmağa nail olub.
“OpenAI”nin süni intellekt modelləri “Hugging Face” startapının sistemlərini bir neçə saat ərzində sındırıblar. Halbuki təcrübəli haker üçün buna ən azı bir neçə həftə lazımdır. Həmçinin, kiberhücumda üç süni intellekt modeli iştirak edib.
“OpenAI” bunu görünməmiş bir hadisə adlandırıb. O, həmçinin, hadisənin səbəblərini və şəraitini araşdırmaq üçün “Hugging Face”lə əməkdaşlıq etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top