Həmin kadrlar süni intellektlə hazırlanmayıbmış... – Video


Sosial şəbəkələrdə dalğıcın su altında yerləşən bir meşədə üzməsini əks etdirən kadrlar müzakirələrə səbəb olub.
Yeniavaz.com
NEXTA-ya istinadla xəbər verir ki, əksər istifadəçilər sözügedən kadrların süni intellekt vasitəsilə yaradıldığını bildirsələr də, bunun belə olmadığı üzə çıxıb.
Nəşr yazır ki, kadrlar Almaniyada yerləşən Qayzltazi gölünün dərinliklərində fotoqraf Aleks Douson  tərəfindən lentə alınıb.
“Bu su hövzəsi vaxtilə kömür mədəni olub və sonradan məqsədli şəkildə su ilə doldurularaq gölə çevrilib. Şəffaf suyun təxminən 80 metr dərinliyində vaxtilə mədən ərazisində qalmış həqiqi meşələr, yollar, beton konstruksiyalar və müxtəlif minerallar olduğu kimi qalıb”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top