
İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri onurğasından əməliyyat olunacaq.
Yenavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçunun meydana nə vaxt qayıdacağı hələlik məlum deyil.
Digər tərəfdən, Rodri "Real Madrid"lə müqavilə şərtlərini razılaşdırıb. Bu barədə jurnalist Nikolo Şira öz sosial şəbəkə səhifələrində məlumat verib. Məlumata görə, müqavilə 2029/30 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, 30 yaşlı Rodri 2019-cu ildən bəri “Mançester Siti”də oynayır. O, əvvəllər İspaniyanın “Atletiko Madrid” və “Vilyarreal” klublarında çıxış edib. İspaniyalı futbolçu dördqat İngiltərə çempionu, üçqat Liqa Kubokunun qalibi, ikiqat İngiltərə Kubokunun qalibi, ikiqat UEFA Super Kubokunun qalibi, Çempionlar Liqasının, İngiltərə Super Kubokunun və FIFA Klublararası Dünya Kubokunun qalibidir. O, İspaniya millisi ilə 2026-cı il Dünya Kubokunun, 2024-cü il Avropa Çempionatının və 2023-cü il Millətlər Liqasının qalibi olub.
Rodrinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Jurnalist Ramno Alvaresin sözlərinə görə, oyunçu müqaviləsini yeniləməkdən imtina edib və “Real Madrid”ə keçməyi planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz