ABŞ İrana qarşı əməliyyatları genişləndirməyə hazırlaşır – WSJ


Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə hərbi mövcudluğunu artırır və İrana qarşı əməliyyatları genişləndirməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, son bir həftə ərzində ABŞ-dəki bazalardan göndərilən xüsusi əməliyyat qüvvələri Yaxın Şərqə erləşdirilib. Bundan əlavə, Yaxın Şərqdəki döyüşlərdə yaralanan Amerika hərbçilərinin yerləşdiyi Almaniyadakı Landstuhl Tibb Mərkəzinə 150-dən çox tibb işçisi gəlib.
Mənbə qeyd edib ki, Yaxın Şərqdəki aviabazalara qırıcı eskadrilyalar yerləşdirilib, həmçinin ABŞ və Böyük Britaniyadakı bazalardakı bombardmançılar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qəzet qeyd edir ki, bütün bunlar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirməyi düşündüyünü göstərir.
Digər tərəfdən, “Axios” portalı da ABŞ administrasiyasındakı mənbələrə istinadla ABŞ-nin İrana qarşı hərbi əməliyyatları genişləndirməyi planlaşdırdığını bildirib. Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hələ də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın bərpası ehtimalını nəzərdən keçirir. Amerika administrasiyasındakı rəsmilərin fikrincə, bu, bir neçə gün ərzində baş verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top