
Hörmüz boğazında bir tanker minaya düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlətə məxsus IRIB teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadla məlumat verib.
Məlumata görə, Hörmüz boğazından üç tanker keçməyə cəhd edib. Daha sonra onlardan birində partlayış və yanğın baş verib.
Məlumatda tankerlərin Hörmüz boğazının cənubundakı minalanmış ərazini keçməyə çalışdığı bildirilir.
Onlardan biri minaya düşüb və tankerdə partlayışa və böyük yanğına səbəb olub. Digər iki tanker isə geri qayıdıb.
Tətbiqimizi yükləyə bilərsiniz