
Amerika Prezidenti Donald Tramp Ukraynada sülhə nail olmaq üçün əlindən gələni edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-in BMT-dəki Daimi Nümayəndəsi Mayk Valts danışıb.
O, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləməsində bildirib ki, Prezident Tramp müharibəyə son qoymaq üçün əlindən gələni edir:
“Lakin tərəflər arasında hələ yekun razılaşmanı dəstəkmək mümkün olmayıb. Həmçinin administrasiya təzyiq göstərir və müharibəyə son qoymaq üçün əlindən gələni etdir".
O, həmçinin Trampın əvvəllər Ukrayna münaqişəsini demək olar ki, bir gecədə həll edəcəyinə söz verərkən tapşırığın çətinliyini qiymətləndirmədiyini də etiraf edib. Daimi Nümayəndə qeyd edib ki, orezident, özünün və komandasının inanılmaz səylərinə baxmayaraq, bunun olduqca çətin bir vəzifə olduğunu aşkar edib.
Tətbiqimizi yükləyə bilərsiniz