
“İran, əgər Tehranın özü belə imkana malik olmayacaqsa, regionda heç kimin neft satmasına icazə verməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib.
“Regionda bizim neft satmayacağımız yerdə heç kim neft satmayacaq. Əgər bizim təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazının təhlükəsizliyi isə yalnız Amerika qüvvələrinin olmadığı halda mümkündür”, – sədr bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz