
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” - “Dinamo” (Minsk) oyunu keçirilib.
Yeniavaz.com xəbər verir ki, “Palms Sports Arena”da keçirilən matç rəqibin qələbəsi ilə yekunlaşıb, 4:2.
Oyunda Emin Mahmudov (2) və Aleksandr Selyava (8, avtoqol) fərqləniblər.
Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz