Konqoda Eboladan ölənlərin sayı 1000-ə çatdı


Konqo Demokratik Respublikasında (KDR) Eboladan laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı son 24 saatda 32 artaraq 999-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ebolaya yoluxma hallarının sayı son 24 saatda 52 artaraq 2473-ə çatıb.
Xəstəxanalarda və təcridxanalarda Ebola xəstəliyinə yoluxduğu şübhəli bilinən 737 nəfər var. 
Ebola epidemiyası 15 mayda KDR-in şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir.

DİGƏR XƏBƏRLƏR

Top