Zelenski Qnatovu Baş Qərargah rəisi vəzifəsindən azad etdi − Yeni təyinat


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatovu vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, onun yerinə İqor Skibiuku təyin edilib.
Müvafiq fərmanlar Zelenskinin saytında dərc edilib.
“Andrey Viktoroviç Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad etsin və İqor Anatolyeviç Skibiuku Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin etsin”, - məlumatda bildirilib.  
Skibiuk əvvəllər Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top