Vətən müharibəsi iştirakçısı dünyasını dəyişdi


Vətən müharibəsi iştirakçısı Coşqun Zeynalov uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.
Qeyd edək ki, Zeynalov Coşqun Çingiz oğlu əslən Cəlilabad rayonundandır.
O, Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top