
“Mançester Siti” futbol klubu altıqat İngiltərə çempionu Fil Foden ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Oyunçunun müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir. 2025/26 mövsümündə yarımmüdafiəçi komandanın heyətində müxtəlif yarışlarda 50 oyun keçirib, 10 qol vurub və beş məhsuldar ötürmə edib.
26 yaşlı Foden “Mançester Siti” akademiyasının yetirməsidir və 2017-ci ildən bəri əsas komandada oynayır. Yarımmüdafiəçi komanda ilə Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu, altı İngiltərə liqa titulunu, üç İngiltərə Kubokunu, iki Super Kubokunu və beş Liqa Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz