
İyulun 23-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Filippində Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) nazirlər səviyyəsində keçirilən tədbirləri çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşündən sonra jurnalistlərə bildirib.
Dövlət katibi əlavə edib ki, rusiyalı naziri bir gün əvvəl görüb, lakin danışmaq imkanları olmayıb.
“Dünən nazir Lavrovu qısa müddət üçün gördüm, amma danışmaq imkanımız olmadı. Sabah yenidən danışacağıq”, - Rubio əlavə edib.
Rubionun Lavrovla görüşündə Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə edəcəyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz