“Real” DÇ-nin finalında qələbə qolunun müəllifini transfer etmək istəyir


“Real Madrid” Dünya Kuboku finalında qələbə qolunu vuran ispaniyalı Ferran Torreslə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.
Məlumata görə, ispaniyalı futbolçu 2022-ci ildən “Barselona”da oynayır. Onun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Torresin 26 yaşı var. O, “Barselona” ilə üç İspaniya liqa titulunu, İspaniya Super Kubokunu və bir İspaniya Kubokunu qazanıb. Hücumçu əvvəllər “Valensiya” və “Mançester Siti”də oynayıb. O, “Mançester Siti” ilə İngiltərə liqa titulunu və İngiltərə Liqa Kubokunu, “Valensiya” ilə isə İspaniya Kubokunu qazanıb.
Hücumçu İspaniya millisi ilə birlikdə Avropa Çempionatını (2024), Millətlər Liqasını (2023) qazanıb və argentinalılara qarşı matçda əlavə vaxtda qələbə qolunu vuraraq dünya çempionu olub (2026).
Xatırladaq ki, daha əvvəl Fransanın PSJ klubu da futbolçu ilə maraqlandığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top