Epşteynin ortağı olduğu iddia edilən şəxs Fransada ölü tapıldı


Amerikalı maliyyəçi Ceffri Epşteynin ortağı olduğu iddia edilən, həmçinin onunla bağlı gedən istintaqda şübhəli şəxs qismində tanınan şəxs Fransada ölü tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Bildirilib ki, söhbət keçmiş model agenti və fotoqraf Daniel Siaddan gedir.
Siad, sonradan onları cinsi istismar etmək məqsədilə Epşteyn üçün qızları işə götürməkdə şübhəli bilinirdi.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları onun ölümünün səbəbləri ilə bağlı araşdırma başladıb.

DİGƏR XƏBƏRLƏR

Top