“Qrok Imagine” Homerin “Odissey”i əsasında film çəkəcək


İlon Maskın “xAI” şirkəti tərəfindən hazırlanmış “Grok Imagine” süni intellekt (Sİ) şəkil və video generasiya xidməti 2026-cı ildə Homerin “Odissey” əsəri əsasında film çəkəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin baş direktoru İlon Mask “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, tammetrajlı film 2026-cı ilin sonun qədər hazır olacaq.
“Bu ilin sonuna qədər “Grok Imagine” şirkəti “Odissey” poeması əsasında ədəbi və tarixi cəhətdən daha dəqiq bədii film istehsal edəcək”, - İlon Mask bidirib.
Qeyd edək ki, Kristofer Nolanın “Odissey” filmi iyulun 17-də ekranlara çıxıb. Film ilk həftəsonunda 264,1 milyon dollar gəlir əldə edərək rekorda imza atıb. Filmdə Met Deymon, Tom Holland, Enn Heteuey, Zendaya, Robert Pattinson, Şarliz Teron və başqaları rol alıblar.
“Odissey” filmi Troya müharibəsindən sonra evinə, həyat yoldaşı Penelopanın və oğlu Telemaxın yanına qayıtmağa çalışan İtaka kralının hekayəsindən bəhs edir. Yolda o, bir çox sınaqlarla üzləşir.

DİGƏR XƏBƏRLƏR

Top