Çinin hibrid sedanı Ginnesin Rekordlar Kitabına düşdü


“Geely Galaxy A7 EM” hibrid güc aqreqatı ilə təchiz olunmuş sedanlar arasında ən yaxşı nəticəni əldə edərək, Ginnesin Rekordlar Kitabına daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin istehsalçısı məlumat yayıb.
Sedan yanacaq və ya batareya doldurmadan 2608,36 km məsafə qət etməyə nail olub və hibrid sedanın əvvəlki rekordunu 200 km-dən çox üstələyib.
“Geely Galaxy A7 EM” Deqen Tibet Muxtar Dairəsindəki Şanqri-La şəhərindən İnci Çayı Deltasında yerləşən Quançjou metropoluna qədər səyahət edib.
Beş günlük səyahət dağ yollarını, sürətli avtomagistralları, həmçinin, tıxaclı şəhər küçələrini əhatə edib. Səyahəti Ginnesin Rekordlar Kitabının nümayəndələri də müşahidə ediblər.
Avtomobil “EM AI Super Hybrid 2.0” hibrid sistemi ilə təchiz olunub. O, benzinli daxiliyanma mühərrikinə malikdir və “Geely” şirkətinin iddiasına görə, bu mühərrik 47,26%-lə dünyada istehsal olunan bütün avtomobillər arasında ən yüksək istilik səmərəliliyinə malikdir. Mühərrik 93,1% enerji səmərəliliyinə malik hibrid transmissiya ilə birləşdirilib. Güc aqreqatının idarəetmə sistemi həmçinin yanacaq sərfiyyatını 15% azaldan süni intellekt alqoritmlərindən istifadə edir.
“Aegis Golden Brick” batareyası isə 28,3 kVt/saat tutuma malikdir və 235 km elektrik məsafəsi təmin edir. Batareya 75 kVt-lıq sürətli şarj sistemini dəstəkləyir. Buna görə də, bu batareyanı 15 dəqiqə ərzində 30%-dən 80%-ə qədər doldurmaq mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top