Venesuelada ölənlərin sayı 5300-ü keçdi


Venesuelada baş verən zəlzələlərdə ən azı 5 min 346 nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuela parlamentinin spikeri Xorxe Rodriqes “Telegram” kanalında məlumat yayıb.
Yaralananların sayı bir neçə həftədir ki, dəyişməz olaraq qalır və 19 iyul tarixinə olan məlumata görə, zəlzələlər nəticəsində 16 min 740 nəfər yaralanıb.
Spiker qeyd edib ki, bu günə qədər 6 min 462 nəfər xilas edilib.
Qeyd olunub ki, təbii fəlakət 190 binanın tamamilə dağılmasına, daha 856 binanın ciddi ziyan görməsinə səbəb olub.
Zəlzələ nəticəsində 107 müvəqqəti sığınacaqda 23 min 800 nəfər yerləşdirilib.
Onun sözlərinə görə, 17 min 907 nəfər evsiz qalıb.
Təsirə məruz qalan ərazilərə təxminən 11 min ton ərzaq və 35,6 milyon litrdən çox su çatdırılıb. Təxminən 40 min nəfərə tibbi yardım göstərilib.
Hazırda fəlakət zonasında 31 min xilasedici və 2200 xarici mütəxəssis də daxil olmaqla, təxminən 32 000 könüllü fəaliyyət göstərir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

DİGƏR XƏBƏRLƏR

Top