
“Liverpul”a sahib olan “Fenway Sports Group” Amerika investisiya şirkətinin rəhbərliyi İngiltərə futbol klubunun azlıq payını satmaq üçün danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, alıcı Britaniya-Hindistan əsilli iş adamı və İngiltərənin “Queens Park Rangers” komandasının sahibi Amit Bhatianın rəhbərlik etdiyi investorlar konsorsiumu ola bilər.
“Fenway Sports Group” konsorsiumla danışıqları təsdiqləsə də, hələlik heç bir razılaşmanın əldə olunmadığını bildirib.
Əgər razılaşma baş tutarsa, qiymət 6 milyard dolları keçəcək və bu da idman tarixində ən böyük müqavilələrdən birinə çevriləcək.
Qeyd edək ki, “Liverpul”, “Mançester Yunayted“lə birlikdə ən çox İngiltərə liqa tituluna (20) sahibdir. Komanda həmçinin Avropanın ən yaxşı klub turniri olan Çempionlar Liqasını altı dəfə qazanıb və bununla da, turnirdə ən çox qalib gələn İngilis klubu olub.
Tətbiqimizi yükləyə bilərsiniz