
Məşhur italyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı üçün müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun müğənni qızı Nayke Rivelli məlumat verib.
“Biz Rusiya vətəndaşlığına müraciət edirik ki, özümüzü həqiqətən evimizdəki kimi hiss edə bilək. Bizim rus köklərimiz var, mənşəyimizdən, ailəmizdən və dostlarımızdan imtina edə bilmərik”, - Rivelli qeyd edib.
O həmçinin, qeyd edib ki, həm işləri ilə əlaqədar, həm də ailəsi və dostları ilə görüşmək üçün tez-tez Rusiyaya səfər edir.
Müğəninin sözlərinə görə, o anası ilə birlikdə Moskva və ya Sankt-Peterburqda ev almağı planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz