
Braziliya millisinin və “Real Madrid” klubunun hücumçusu Vinisius Junior çənə əməliyyatı keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMK portalı məlumat yayıb.
Portalın məlumatına görə, futbolçu Qoyas ştatındakı (Braziliya) bir klinikada çənəsinin harmonizasiyası prosedurundan keçib.
Prosedur Vinisiusun 2026-cı il Dünya Kubokunda mübarizəsini dayandırmasından və tətilə çıxmasından sonra həyata keçirilib.
Bu prosedurdan çənəni gücləndirmək, həmçinin, üz konturlarını yaxşılaşdırmaq üçün istifadə edildiyi bildirilir.
Qeyd edək ki, Vinisius 2018-ci ildən bəri “Real Madrid”də oynayır. Hücumçunun komanda ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, Madrid komandasında mövsümdə 20 milyon avrodan çox qazanır.
Xatırladaq ki, Braziliya Dünya Kubokunun 1/8 final mərhələsində Norveçə 2-1 hesabı ilə məğlub olub. Komanda 36 ildən sonra ilk dəfə olaraq Dünya Kubokunun 1/4 finalına yüksələ bilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz