
“Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb.
VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.
Bildirilir ki, üç gün davam edən final mərhələsində namizədlərin idarəetmə bacarıqları müxtəlif fərdi və komanda tapşırıqları əsasında qiymətləndirilib:
“Müsabiqənin yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, eləcə də etika və dürüstlük olmaqla 9 səriştə üzrə ekspertlər tərəfindən dəyərləndirilib”.
Qeyd olunub ki, qalib adını qazanan iştirakçıların 15 nəfərini kişilər, 5 nəfərini isə qadınlar təşkil edir:
“Yaş qrupları üzrə aparılan təhlilə əsasən, ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Qaliblərdən 11 nəfəri 21-30, 9 nəfəri isə 31-40 yaş qrupuna daxildir.
İqtisadi rayonlar üzrə nəticələrə əsasən, ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb və qaliblərdən 9 nəfəri paytaxtı təmsil edir. Digər qaliblərdən 3 nəfəri Qazax-Tovuz, 2 nəfəri Qarabağ, hər biri 1 nəfər olmaqla Mil-Muğan, Lənkəran-Astara, Şirvan-Salyan, Şərqi Zəngəzur, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarını təmsil edir.
Qaliblərin fəaliyyət göstərdikləri sektorlar üzrə bölgüsünə əsasən, iştirakçıların 50,00 faizi dövlət sektorunu, 45,45 faizi özəl sektoru, 4,55 faizi isə qeyri-hökumət təşkilatlarını təmsil edir”.
Məlumata görə, müsabiqədə qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” - “Assessment Conference” metodu ilə həyata keçirilir.
VI “Yüksəliş” müsabiqəsinin qalibləri bu şəxslərdir:
Xasayev Faiq Əmir oğlu;
Əliyev Hikmət Fazil oğlu;
Lətifli Röyal Şahid oğlu;
Mirzəyev Əlizamin Mehman oğlu;
Məcidli Famil Sərdar oğlu;
Mansurova Sevda Faiq qızı;
Şahbazov Şirin Məhəmməd oğlu;
Klıçev Klıç Ağarəhim oğlu;
İbrahimov Elbrus Mirnəsib oğlu;
Fərzəliyev Əlizadə Ərəstun oğlu;
Bayramova Nəzakət Vüqar qızı;
Məlikov Seyid Avtandil oğlu;
Əlizamanlı Anar Mehman oğlu;
Məmmədrzayev Elmar Ehtibar oğlu;
Əliyev Elnur Ceyhun oğlu;
Nadirov Fərid İlham oğlu;
Abbasova Fidan Sahib qızı;
Cəlilova Ləman Natiq qızı;
Rzazadə Mətanət Şəhriyar qızı;
Babayev Rüfət Müzəffər oğlu.
Tətbiqimizi yükləyə bilərsiniz