Maduronun məhkəməsi bu tarixdə başlayacaq


Narkoterrorizm, silah qaçaqmalçılığı və narkotik ticarətində ittiham olunan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməsi 2027-ci il iyulun 22-də Nyu-York məhkəməsində başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məhkəmənin onlayn məlumat bazasında yerləşdirilən sənəddə deyilir.
Belə ki, müvafiq cədvəl müdafiə və ittiham tərəflərinin nümayəndələri tərəfindən təklif edilib.
Məhkəmə prosesi əvvəlcə 2027-ci il 30 iyuna planlaşdırılıb. Lakin prokurorluq üç həftəlik təxirə salma tələb edi. Prokuror Cey Kleyton təxirə salma tələbini cədvəl, logistika və təhlükəsizliklə bağlı narahatlıqlarla izah edib.
Nyu-York Cənub Dairəsi Məhkəməsinin hakimi Elvin Hellerstayn prokurorun vəsatəti ilə razılaşıb.
Sənəddə bildirilir ki, dövlət ittihamı bütün əsas məxfi materialların iş iştirakçılarına 15 noyabr 2026-cı il tarixinə qədər təqdim etməyi planlaşdırır. Bundan sonra tərəflər 11 mart 2027-ci il tarixinə qədər lazımi vəsatətləri təqdim etmək üçün vaxta sahib olacaqlar.
Bu cədvəlin Nyu-Yorkun Cənub Dairəsi məhkəməSİ tərəfindən təsdiqlənməsinin iyulun 22-də keçiriləcək məhkəmədə baş tutacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top