“Şahtaxtı” gömrüyündə TIR-dan 54 kq metanfetamin tapıldı – Video


Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində  Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib:
“Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top