Türk təyyarəsinin Bişkekdə qəzası nə qədər zərər vurdu?

Türkiyə şirkətlərinin birinə məxsus “Boeing-747” yük təyyarəsinin Qırğızıstanın Manas aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində dəymiş ilkin maddi zərər 186 milyon qırğız somu (təqribən 2,68 milyon dollar) təşkil edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov deyib. Onun sözlərinə görə, bu məbləğə təyyarə qəzası zamanı dağılmış evlərin qiyməti, eləcə də fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması zamanı çəkilmiş xərclər daxildir: “Qəza nəticəsində 19 ev tam, 7-si isə qismən dağılıb”. Xatırladaq ki, Honkonq-Bişkek-İstanbul marşrutu üzrə uçan təyyarə yanvarın 16-da Bişkek yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində 35 yerli sakin və 4 heyət üzvü həlak olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top