
ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonu BMT-nin növbəti baş katibi vəzifəsində görməki istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İnfantino ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il Dünya Kuboku zamanı Amerika liderinə yaxınlaşıb.
Nəşr yazır ki, FIFA prezidenti Trampı “qazanmaq” üçün əlindən gələni edib. Hətta ötən ilin dekabrında ona FIFA Sülh Mükafatını təqdim edib.
“The New York Post” qəzetinin mənbəsinə görə, Tramp İnfantinonun "hər yerdə böyük hörmətlə qarşılandığına və insanları bir araya gətirmək qabiliyyətinə malik olduğuna” inanır.
Amerika liderinin bu ideyanı İnfantinonun özü ilə müzakirə edib-etmədiyi, həmçinin FIFA prezidentinin BMT-nin baş katibi vəzifəsini tutmaq istəyib-istəmədiyi məlum deyil.
Belə ki, aprel ayında o, 2027-ci ildə FIFA prezidenti vəzifəsinə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Tətbiqimizi yükləyə bilərsiniz