Pentaqon ABŞ-nin İran münaqişəsindəki xərclərini açıqladı


ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara xərcləri hazırda təxminən 37,5 milyard dollar təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Senatın Təxsisatlar Komitəsinin dinləmələrində bildirib.
“Hazırda xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir. Bu rəqəmə əməliyyatın bütün xərcləri, eləcə də 30 sentyabr tarixinə qədər hərbi qulluqçulara ödənişlər daxildir”, - Heqset əlavə edib.
Qeyd edək ki, iyulun 15-də “NBC News” telekanalı mənbələrə istinadla ABŞ-nin İrana qarşı əməliyyata 80 milyard dollardan 100 milyard dollara qədər xərcləyə biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top