İran münaqişəsində ölən ABŞ hərbçilərinin sayı 18-ə çatdı


Əvvəllər itkin düşmüş hesab edilən çavuşun qalıqlarının tapılması və şəxsiyyətinin müəyyən edilməsindən sonra İranla silahlı münaqişədə həlak olan Amerika hərbçilərinin ümumi sayı 18-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən şəxs 17 iyulda İranın hücumu zamanı İordaniyadakı ABŞ hərbi bazasında əsgər yoldaşları ilə birlikdə olan çavuş Encel Rampersaddır.
O zaman ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki hərbçinin həlak olması və birinin itkin düşməsi barədə məlumat vermişdi. 19 iyulda komandanlıq İordaniyadakı son İran hücumu ərazisində insan qalıqlarının tapıldığını bildirmişdi.
AP həmçinin mənbələrə istinadla bildirib ki, İrana qarşı hərbi əməliyyatlar zamanı yaralanan amerikalı hərbçilərin ümumi sayı 500-ü keçib. Bu isə Pentaqonun 482 yaralı ilə bağlı rəsmi məlumatlarından çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top