Rusiya Türkiyə Səhiyyə Nazirliyinə sorğu göndərdi − “Koksaki” virusu yayılır


Rospotrebnadzor Türkiyə Səhiyyə Nazirliyinə və Rusiya Tur Operatorları Assosiasiyasına (ATOR) rusiyalı turistlər arasında “Koksaki” virusunun yayılması ilə bağlı sorğular göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
“Türkiyənin Belek şəhərindəki “IC Santai Family Resort”da uşaqlar da daxil olmaqla rusiyalı turistlərin “Koksaki” virusuna yoluxması halları barədə mediada yayılan məlumatlardan sonra Rospotrebnadzor Türkiyə Səhiyyə Nazirliyinə araşdırmanın nəticələri və epidemioloji vəziyyətin pisləşməsi riskinin qiymətləndirilməsi barədə rəsmi məlumat tələb edib”, - məlumatda deyilib.
Agentlik qeyd edib ki, Türkiyə Səhiyyə Nazirliyinə sorğu sanitariya və epidemioloji rifah sahəsində mövcud əməkdaşlıq memorandumu çərçivəsində göndərilib. Məlumat tələb edən oxşar məktub ATOR-a da göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top