
Kiyev artıq Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən azad etmək qərarına gəlib, lakin onun yerinə kimin gələcəyi hələlik məlum deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Ukrayna ordusundakı mənbəyə istinadən məlumat yayıb.
Qəzetin mənbəyinə görə, Sırskinin taleyi artıq həll olunub. Yeganə sual onu kimin əvəz edəcəyidir.
Mənbə qeyd edib ki, yeni baş komandan təcrübəli, tanınmış və populyar hərbçi olmalı, eyni zamanda siyasi ambisiyalardan azad olmalıdır ki, Prezident Volodimir Zelenski üçün rəqabət yaratmasın. Sırskinin varisi dövlət başçısına itaət etməli və onun bütün tələblərini yerinə yetirməlidir, - o vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz