Aİ “AliExpress”i 550 milyon avro cərimələdi


Avropa İttifaqı (Aİ) Çinin “AliExpress” şirkətini onlayn ticarət platformasında qanunsuz, təhlükəliz və saxta məhsulların satışı ilə bağlı riskləri düzgün qiymətləndirmədiyinə, həmçinin, bu riskləri azaltmaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə 550 milyon avro cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu qərar Aİ-nin əvvəllər ittifaqa rüsumsuz daxil olan 150 avrodan az dəyəri olan bağlamalara 3 avro məbləğində sabit rüsum tətbiq etməsindən bir neçə gün sonra verilib.
Bu addımın Çin onlayn pərakəndə satış şirkətləri olan “AliExpress”, “Shein” və “Temu”nun biznes modellərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəyi gözlənilir.
Komissiyanın araşdırması nəticəsində məlum olub ki, moderatorların səylərinə baxmayaraq, təhlükəli oyuncaqlar və təhlükəli kosmetika da daxil olmaqla, böyük həcmdə qanunsuz mallar “AliExpress”də sərbəst şəkildə satılmağa davam edib və bəzi hallarda bu cür məhsullar qaydaları pozduğu qeyd edildikdən sonra həftələrlə onlayn qalıb.

DİGƏR XƏBƏRLƏR

Top