
Saatşünaslıqda mürəkkəblik saatların saatları, dəqiqələri və saniyələri göstərməsi ilə yanaşı, mövcud olan əlavə funksiyaları əhatə edir.
Yeniavaz.com “Oddity Central” portalına istinadla xəbər verir ki, bəzi saatlarda əlavə funksiyalar kimi tarix göstəriciləri, saniyəölçənlər və ya zəngli saatlar olur.
63 fərqli funksiyaya malik “Vacheron Constantin Berkley Grand Complication” indiyə qədər yaradılmış dünyanın ən mürəkkəb saat hesab olunur.
2015-ci ildə İsveçrəli “Vacheron Constantin” saat şirkəti anonim bir kolleksiyaçı tərəfindən sifariş edilmiş bir sıra spesifik tələblərə cavab verən, eyni zamanda unikal “Hebraic” əbədi təqviminə və saniyələrarası xronoqrafa malik olan “Reference 57260” cib saatını təqdim edib. Saatın hazırlanması səkkiz il davam edib və onun daha mürəkkəb bir versiyası olan “Berkley Grand Complication”ın əsasını təşkil edib.
Diametri təxminən 2 düym olan və 18 karatlıq ağ qızıl korpusda hazırlanmış “Berkley Grand Complication” saatı 960 qram ağırlığındadır və funksiyaları dünyanın ən mürəkkəb saatı olan “Patek Philippe Calibre 89” saatından (33 funksiya) demək olar ki, iki dəfə çoxdur.
“Bu saatdan əvvəlki ən mürəkkəb saatda 33 funsiya olduğu üçün 36 funksiyanı hədəf qoyduq”, - deyə “Atelier Cabinotiers” bölməsinin rəhbəri Dominik Bernaz bildirib.
“Nəzəri olaraq, bir çox saat ustası “Vacheron Constantin Berkley Grand Complication” saatının ikiqat mürəkkəbliyinə malik saat yarada bilərdi, lakin bu saatın diametri, ehtimal ki, futbol topu qədər olardı. Bu saatı bu qədər xüsusi edən şey, “Atelier Cabinotiers” ustalarının 63 fərqli funksoyanı belə kiçik bir qutuya yerləşdirməyi bacarmalarıdır. Nəzərə alın ki, bu ikitərəfli cib ölçülü saat 2870 kiçik mexaniki komponentdən ibarətdir”, - o, əlavə edib.
Dünyanın ən mürəkkəb saatının qiyməti məxfi saxlanılsa da, əksər ekspertlər onun qiymətini 10 milyon dollardan çox qiymətləndirirlər. Unikal kolleksiya əşyası olan bu saatın dəyərinin zamanla artacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz