Özgür Özəl CHP ilə vidalaşdı, yeni partiya yaradılacağını elan etdi


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl partiyasının parlament frakiyasının növbəti iclasında çıxış edib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, çıxışnda cari məsələlərlə bağlı açıqlamalar verib.
“Bu gün bu kürsüyə həmişəkindən fərqli hisslərlə, bəlkə də vaxtı çatmış bir vidanın kədəri ilə çıxıram. Heç birimiz şübhə etmirik ki, 2023-cü ilin noyabr ayından bəri birlikdə yaşadıqlarımız siyasi tarixdə çox mühüm yer tutacaq. Sizə söz verirəm, hər şey bitəndə bunları heç vaxt unutmayacağıq. Hər şey bitəcək, amma hamımız bunları xatırlayacağıq”, - Özəl qeyd edib.
O, zalımı zalım, məzlumu məzlum, qorxağı qorxaq, qəhrəmanı qəhrəman, dostu dost, düşməni düşmən kimi xatırlayacaqlarını bildirib.
“Heç kim keçmiş münasibətlərimizin və mövqelərimizin unudulacağını, səhv edənlərin cəzasız qalacağını düşünməsin. Zalımı zalım, məzlumu məzlum, qorxağı qorxaq, qəhrəmanı qəhrəman, dostu dost, düşməni düşmən kimi xatırlayacağıq. Tarix hər kəsi bu dövrlərdə necədirsə, olduğu kimi yazacaq”, - o, əlavə edib.
Özəl yarışdıqlarını, qalib gəldiklərini və tarixdə ilk dəfə olaraq, yarışın sonunda keçirilən seçki yolu ilə partiya liderini dəyişdiklərini bildirib. O, həmin gün partiya liderinin dəyişdiyini, idarəçilərin dəyişdiyini, amma əslində mahiyyət etibarilə, həm partiya daxilində, həm də ölkədə idarəetmə yanaşmasında dəyişiklik olduğunu qeyd edib.  
“Partiyanın adı dəyişə bilər, loqosu dəyişə bilər, zaman dəyişə bilər, bölünənlər birləşə bilər, amma bizi bölə bilməzlər. Biz bir bütövük və onlar bu birliyi heç vaxt poza bilməzlər. Çünki bu birlik 103 illik ənənəsi olan bir birlikdir”, - Özəl qeyd edib.
Özəl həmçinin yeni partiyanın yaradılacağını da elan edib:
“Millət vəkillərimizlə birlikdə yeni partiyanı qururuq. Quracağımız yeni partiya ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) açıq fərqlə əsas müxalifət partiyasına çevrilirik. Biz siyasətdə köynək dəyişmirik. Biz bu ölkənin sabahı naminə siyasətdə alovdan köynəyi birlikdə geyinirik. Atatürklə problemi olmayan, “Misak-ı Milli” sərhədləri ilə problemi olmayan, respublika ilə problemi olmayan bütün demokratları Türkiyə ittifaqında birləşməyə, birlikdə hakimiyyətə doğru irəliləməyə dəvət edirəm. Bu dəvətin sahibiyik”.

DİGƏR XƏBƏRLƏR

Top