
Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes növbəti Dünya Kubokunun 64 komanda ilə keçirilməsini təklif edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə rəsmi “X” sosial şəbəkə səhifəsində bildirib.
“2030-cu il Dünya Kuboku həmdə Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Bu Dünya Kubokunun yüz illiyini 64 komandalı yarışla qeyd etmək üçün fantastik bir fürsətdir”, - Dominqes qeyd edib.
Qeyd edək ki, 2030-cu il Dünya Kubokuna İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Argentina, Uruqvay və Paraqvay isə hər biri qrup mərhələsinin bir oyununda ev sahibi olacaq.
Xatırladaq ki, 2026-cı il Dünya Kubokunda ilk dəfə 48 komanda iştirak etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz