
Venesuelada baş verən iki zəlzələ nəticəsində ən azı 5278 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqes “Telegram” kanalında məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, zəlzələ nəticəsində 16 min 740 nəfər yaralanıb.
Qeyd olunub ki, 24 iyunda baş verən əsas zəlzələdən bəri ümumilikdə 1405 afterşok qeydə alınıb.
Hazırda fəlakət zonasında 31 min xilasedici və 2200 xarici mütəxəssis fəaliyyət göstərir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz